“Sabah” Yaradıcılıq Emalatxanası uzun fasilədən sonra yeni filmlə tamaşaçıların görüşünə hazırlaşır: MƏŞQLƏR BAŞLANDI

“Sabah” Yaradıcılıq Emalatxanası uzun fasilədən sonra yeni filmlə tamaşaçıların görüşünə hazırlaşır: MƏŞQLƏR BAŞLANDI

19 Avqust, 18:12 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının “Sabah” Yaradıcılıq Emalatxanası uzun fasilədən sonra yeni filmlə tamaşaçıların görüşünə hazırlaşır.

İki hissədən ibarət “Zəng” tammetrajlı televiziya filmi “Sabah” Yaradıcılıq Emalatxanasının növbəti ekran əsəri olacaq. Filmin məşqlərinə bu günlərdə başlanılıb.

Hüseynbala Mirələmovun və Dilsuz Mustafanın hekayələrinin motivləri əsasında ərsəyə gələcək “Zəng” filminin ssenari müəllifi və quruluşçu rejissoru Şərif Qurbanəliyev, quruluşçu operatoru Eldar Məmmədov, rəssamı Rafail Əlizadə, bəstəkarı Firudin Allahverdidir.

Filmdə xalq artistləri Afaq Bəşirqızı, Səidə Quliyeva, Məbud Məhərrəmov, Cəfər Namiq Kamal, əməkdar artistlər Fərhad İsrafilov, Qurban Məsimov, Mirzə Ağabəyli və başqaları rol alıblar. “Zəng” filmin prodüsseri xalq artisti Ramiz Həsənoğludur.
Filmin bu ilin sonunda nümayişi nəzərdə tutulur.

CANLI YAYIM