Müşahid Hüseyn Seyyid: “Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”

Müşahid Hüseyn Seyyid: “Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”

21 Sentyabr, 21:49 Sosial mediada paylaşın:

Azərbaycanı beynəlxalq arenada dəstəkləyən, ölkəmizin haqq mübarizəsinə ən yaxından dəstək verən ölkələrdən bir də Pakistandır. Qeyd-şərtsiz Azərbaycana dəstək verən Pakistan hər zaman ölkəmizin yanında olduğunu, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əlindən gələn yardımı əsirgəməyəcəyini dəfələrlə bəyan edib.

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramının budəfəki qonağı Pakistan İslam Respublikası Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Müşahid Hüseyn Seyyid olub. O, Pakistan-Azərbaycan münasibətləri, əlaqələrin inkişafı və perspektivləri ətrafında fikirlərini səsləndirib. Senator Müşahid Hüseyn Seyyid “Hədəf”də aparıcı Elnar Məmmədlinin və digər qonaqlar, politoloqlar Rufiz Qonaqov və Zaur Məmmədovun suallarına ətraflı cavablar verib. Müşahid Hüseyn Seyyid bildirib ki, Azərbaycanla Pakistan arasında dostluq və tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələr mövcuddur. O, qeyd edib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir: “Biz həmişə sizin bayrağınızı öz bayrağımız kimi qorumağa, sizin şərəfinizi öz şərəfimiz, sizin ərazi bütövlüyünüzü öz ərazi bütövlüyümüz kimi dəstəkləməyə hazırıq!”.

Senatorun bu və digər açıqlamaları ilə tanış olmaq üçün “Hədəf”i bütöv şəkildə “YouTube” kanalımızdan izləyin!

CANLI YAYIM