Qəzaya uğrayan “MiQ-29” təyyarəsinin qara qutusu tapılıb

19 Avqust, 13:18 Sosial mediada paylaşın:

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin qara qutusu tapılaraq dənizdən çıxarılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə qara qutunun texniki vəziyyəti öyrənilir. Eyni zamanda, təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.