Lerikdə iki uşaq bağçası inşa edilib.
Bağçalardan biri Piran kəndindədir. Burada uşaqlar üçün hər bir şərait yaradılıb.
Hər bir qrupun ayrı-ayrılıqda yataq, oyun, məşğələ otaqları var. Bundan başqa, hər bir qrupun ayrılıqda gözəl bir mətbəxi də var.
Uşaq bağçasının həyətində istirahət guşələri yaradılıb, əyləncə qurğuları quraşdırılıb.
Rayonda daha bir uşaq bağçası Noda kəndində istifadəyə hazırdır.