Bu yolun yenidən qurulması dağ turizmini inkişaf etdirəcək

Bu yolun yenidən qurulması dağ turizmini inkişaf etdirəcək

16 Avqust, 18:40 Sosial mediada paylaşın:

Bütün fəsillərdə aktual olan turizm növlərindən biri dağ turizmidir. Dağ turizmini inkişaf etdirmək və insanların səmərəli istirahətini təmin etmək məqsədilə Gəncə-Göygöl avtomobil yolu yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamına uyğun aparılan işlər həm də vətəndaşların bölgəyə rahat gediş-gəlişini təmin edəcək.

Ümumi uzunluğu 38 km olan yolun tikintisi 2 mərhələ üzrə həyata keçirilir. Birinci mərhələ üzrə sözügedən yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsi artıq yenidən qurulub. İkinci mərhələ üzrə isə hazırda 21,5 kilometrlik Yeni Zod-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması işlərinə başlanılıb. Layihəyə uyğun olaraq yeni yol yatağı inşa olunub. Hazırda yol əsasının 2 lay olaraq inşası, yol əsası hazır olan hissələrin isə 3 laydan ibarət asfalt-betonla örtülməsi işləri görülür. Aparılan işlər Göygöl-Maralgöl istiqamətinə gələn yerli əhalinin və turistlərin gediş gəlişini daha da asanlaşdırıb.

Sabir Həmzəyev (sürücü): “Yollarımız çox bərbad idi. Bu yolu çox qısa müddətdə çəkirlər, hələ mən belə sürətli iş getdiyini görməmişdim. Mənim çox xoşuma gəldi bu yol. Qısa müddət ərzində təxminən 30 km yol çəkiblər daşıdığım turistlərdə məndə sevincliyik”.

İlham Qasımov (turist): “Əvvələr gələndə yol pis gündə idi.  Dövlətimiz sağolsun ki, bizim üçün yolu düzəldir və asfalt çəkir. Ölkəmizin görmədiyimiz yerlərini görək, turistlərdə gəlib razı qalsınlar. Maralgölə də asfalt çəkirlər orada rahat gedib gələrik”.

Sürüşmə ehtimalı olan ərazilərdə və zəruri olan digər yerlərdə istinad divarları bərpa edilir, küvet hissələr, hərəkətin təhlükəsizliyi üçün monolit dəmir betondan parapetlər tökülür. Sonuncu mərhələdə hərəkətin normal təşkili üçün yolboyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, kilometr göstəricisi quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək.

 

CANLI YAYIM