Ürəyinin pıçıltısını kağıza köçürən şair - "Özüm və izim" verilişinin qonağı Şöhlət Əfşardır

Ürəyinin pıçıltısını kağıza köçürən şair - "Özüm və izim" verilişinin qonağı Şöhlət Əfşardır

10 Sentyabr, 15:18 Sosial mediada paylaşın:

Radioanons

Azərbaycan Radisiosunun bu ad altında efirə çıxan verilişi öz dinləyici auditoriyasını durmadan genişləndirməkdədir. Bu marağın hardan  qaynaqlandığını başa düşmək çətin məsələ deyil: dövr, zaman dəyişdikcə bədii sözə, sənətkara baxışlar da yenilənir, oxucunun tələb və təklifi yeni məna kəsb etməyə başlayır.

Verilişin  budəfəki sayının qəhrəmanı şair-publisist Şöhlət Əfşardır. Onun imzası çoxlarına tanışdır, çünki həyatda əsas güvənci poeziyadır, sözdür. Şöhlət müəllimin hər şeiri mövzu aktuallığı, poetikliyi, misra yükü ilə diqqəti cəlb edir. Neçə-neçə bəstəkar mahnısı onun şeirlərindən mayasını tutub.

 

Sən çağırsan, atəş ollam, od ollam,

Şöhlətəm can verib, cəngə atıllam,

Şəhid olub torpağına qatıllam,

Sən ruhumun sarayısan, ey Vətən!

Azərbaycan, vüqarımsan, ey Vətən!

 

Şöhlət Əfşar yaradıcılığına xas olan  əsas cəhət budur ki, ürəyinin çırpıntısı ilə poeziya nümunələri arasında ayrılmaz bənzərlik, heç vaxt pozulmayacaq “naxış oxşarlığı” var.

Onun hiss və düşüncələri heç bir sərhəd tanımamaqla bərabər saf və səmimidir. Özü sözünə, sözü özünə çox bənzəyir, şairin.

 

Ömrümün xəzanın bahar eləyib,

İlahi bir sevgi yaşadır məni.

Eşqimin bağına güllər ələyib,

İlahi bir sevgi yşadır məni.

 

Əziz dinləyicilər, tanınmış şair-publisist Şöhlət Əfşarı daha yaxından  tanımaq istəyirsinizsə, “Özüm və İzim”i (müəllif və aparıcı Mahəddin Əsgər, rejissor Mehriban Bəşirzadə) izləməyi unutmayın. Verilişin efir vaxtı: 11 sentyabr, saat 23.00

CANLI YAYIM