Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 120 milyon dolları ötüb

16 Avqust, 09:59 Sosial mediada paylaşın:

Cari ilin yanvar-iyul aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 120 milyon ABŞ dollarını ötüb.

Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, hesabat dövründə Azərbaycana Belarusdan idxalın həcmi 109 milyon 62 min dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 11 milyon 443 min dollar olub.

Ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon ABŞ dollarına yaxın olub ki, bu da 2017-ci ilin analoji göstəricisindən təxminən 56 milyon dollar çoxdur.