Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından beynəlxalq təşkilatlara etiraz məktubu

15 Avqust, 17:36 Sosial mediada paylaşın:

 “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi və səfər zamanı səsləndirdiyi təxribatçı bəyanata etiraz olaraq ATƏT-in Minsk Qrupunun həmsədlərinə məktub ünvanlayıb.

Məktubda bildirilir ki, Nikol Paşinyanın Qarabağı Ermənistanın tərkib hissəsi adlandırması, onun fikirlərini bu ölkənin xarici işlər nazirinin də təsdiqləməsi münaqişənin həlli istiqamətində aparılan danışıqların ruhuna zidd olmaqla yanaşı, öz ata-baba yurdlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlının hiddətinə səbəb olub.

Etiraz məktubunda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in Minsk Qrupunu Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilhaqçı siyasətini pisləməyə çağırır. Məktub həmsədrlərlə yanaşı, Minsk Qrupunun digər üzv dövlətlərinə və qurumun Parlament Assambleyasına, BMT-nin baş katibinə, Avropa Şurası, Avropa İttifaqının müvafiq qurumlarına və digər beynəlxalq təşkilatların ünvanlarına göndərilib.

Aztv.az