AzTV yeni mövsümlə bağlı videoçarxlar yayımlayıb

AzTV yeni mövsümlə bağlı videoçarxlar yayımlayıb

8 Sentyabr, 11:10 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası tanınmış teleaparıcıların təqdimatında efirə gedən verilişlərin yeni mövsüm üçün hazırlanmış videoçarxlarını yayımlayıb.

Onların arasında Nailə Babayevanın aparıcısı olduğu “Çıxışa doğru”, ictimai-siyasi məsələlərin müzakirəyə çıxarıldığı, Rüfət Həmzəyevin aparıcısı olduğu “Əsas məsələ”, Aytac Qəmbərovanın təqdimatında efirə gedəcək “Analar Akademiyası” və Xədicə Sənanqızının aparıcısı olduğu “Gün başladı” verilişi var.

Xatırladaq ki, TV bir müddət əvvəl yeni mövsümlə bağlı ümumi videoçarx yayımlayıb.

CANLI YAYIM