Suraxanıda yerləşən qədim ovdan - Ərazini satmaq istəyirmişlər, lakin...

Suraxanıda yerləşən qədim ovdan - Ərazini satmaq istəyirmişlər, lakin...

4 Sentyabr, 12:18 Sosial mediada paylaşın:

Suraxanıda yerləşən qədim ovdan ərazisinin  zəbt olunmasının qarşısı alınıb. Hazırda ərazidə təmizlik işləri görülür

Ovdan suyun yığılaraq saxlanıldığı yerdir. Əsasən yeraltı torpaq sularından qidalanan ovdanlar qədimdə yol ayrıcında, karvan yolunun yaxınlığında tikilərmiş. Yeni Suraxanı qəsəbəsinin şərqində, Qala-Hövsan qədim yol ayrıcında yerləşən ovdan 19-cu əsrdə yerli sakin hacı Müzəffərin hesabına inşa olunub. Digər abidələrdən unikallığı ilə seçilən tikilinin eni bir metr olub, pilləkənli quruluşa malikdir. Vaxtilə üstü daşla örtülü olan tikili su ehtiyatı baxımından mühüm əhəmiyyət daşıyıb.

Yerli sakin İdris Əliyevin sözlərinə görə, iki quyudan ibarət olan Müzəffər ovdanı burada dayanan karvanlar üçün su təchizatını həyata keçirib. Təəssüf ki, bir müddət əvvəl milli sərvətimiz sayılan bu tarixi abidənin ərazisini zəbt etmək arzusuna düşənlər tapılıb.
 “Bir neçə il əvvəl eşitdik ki, bir şəxs buranı özbaşına zəbt edib. Satmaq məqsədilə burada tikinti aparmaq istəyirdi. Aidiyyəti qurumlar reaksiya verdilər, gördüyünüz kimi ərazi boşaldılıb”, - deyir yerli sakinlərdən biri.

Hazırda ərazidə təmizlik işləri aparılır.

Ovdan ərazisində təmir-bərpa işlərinə yaxın zamanda başlanılması nəzərdə tutulub.

Nuray Mustafa
 

CANLI YAYIM