“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb

15 Avqust, 14:18 Sosial mediada paylaşın:

Moskva vilayətindəki “Patriot” parkında yerləşən Azarkeşlər klubunda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında bir qrup hərbi qulluqçu müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Tank biatlonu” müsabiqəsində ölkəmizi təmsil edən gizir Samir İsgəndərov medalla və “Səhra mətbəxi” müsabiqəsində iştirak edən müddətdən artıq həqiqi hərbi xidmət qadın hərbi qulluqçusu əsgər Sona Həmzəyeva qiymətli hədiyyə ilə təltif olunublar.