AzTV-də yeni mövsüm dəyişiklikləri: müasir dekorasiyalar, yeni aparıcılar... - VİDEOÇARX

AzTV-də yeni mövsüm dəyişiklikləri: müasir dekorasiyalar, yeni aparıcılar... -VİDEOÇARX

1 Sentyabr, 09:50 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası yeni mövsümə start verir.

Pandemiya dövrünün çətinliklərinə rəğmən AzTV bu mövsümdə də tamaşaçı qarşısına yeniliklərlə çıxacaq.

Belə ki, TV üçün yeni studiyalar tikilib, müasir dekorasiyalar qurulub.

Həmçinin, yeni layihələrə start veriləcək, yeni verilişlər yeni aparıcıların təqdimatında efirdə olacaq.

Əsas yeniliklərdən biri də “Xəbərlər” informasiya proqramının yayımlandığı studiyada aparılan dəyişikliklərdir. Bu mövsümdən ölkədə və dünyada baş verən hadisələr tamaşaçıya daha müasir görünüşdə təqdim olunacaq.

Azərbaycan Televiziyasının yeni mövsümlə bağlı təqdimat çarxını təqdim edirik.

CANLI YAYIM