“Mədəniyyət” kanalında heykəltəraş Natiq Əliyevə həsr olunmuş sənədli film nümayiş olunacaq

“Mədəniyyət” kanalında heykəltəraş Natiq Əliyevə həsr olunmuş sənədli film nümayiş olunacaq

28 Avqust, 15:20 Sosial mediada paylaşın:

Avqusun 28-i saat 21:45-də “Mədəniyyət” kanalında heykəltəraş Natiq Əliyevə həsr olunmuş “Daşın içindəki həyat” sənədli film nümayiş olunacaq.

Azərbaycan Televiziyasının Bədii və Sənədli Filmlər Studiyasında istehsal olunan film Azərbaycanın Xalq rəssamı, “Şöhrət” ordenli heykəltəraş, professor Natiq Əliyevin həyat və yaradıcılığına həsr olunub.

Filmdə müəllifi Natiq Əliyev olan və dünyanın bir çox ölkələrində ucaldılmış monumental əsərlərdən bəhs olunur. Heykəltəraşın uşaqlıq illərindən başlayaraq orta və ali təhsil dövrlərini əhatə edən həyat yolu işıqlandırılır, eləcə də sənət və sənətkalıq haqqında düşüncələri yer alır.

Sənədli filmin çəkilməsində əsas məqsəd Azərbaycanın incəsənət tarixində öz yerini tutmuş dünya şöhrətli heykəltəraş Natiq Əliyevi tamaşaçıya daha yaxından tanıtmaq, xüsusən də gənc heykəltəraşlara nümunə kimi təqdim etməkdir.

Filmin ssenari müəllifi Cavi Dan, rejissoru Elnurə Kazımova, operatoru Adil Abbasovdur.

CANLI YAYIM