“Reablitasiya Proqramı” çərçivəsində Mingəçevir SES-də təmir-bərpa işləri görülür

“Reablitasiya Proqramı” çərçivəsində Mingəçevir SES-də təmir-bərpa işləri görülür

14 Avqust, 15:51 Sosial mediada paylaşın:

Cənubi Qafqazın ən böyük İstilik Elektrik Stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulması ilə yanaşı, Mingəçevir Su Elektrik Stansiyasında da təmir-bərpa işləri həyata keçirilir.  Görülən işlər 2020-ci ildə tamamlanacaq.

Mingəçevir Su Elektrik Stansiyasında təmir-bərpa işləri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Reablitasiya Proqramı” çərçivəsində aparılır. 2017-ci ildən fəaliyyəti dayanan 6 saylı hidroaqreqatda təmir-bərpa işlərinə start verilib və ehtiyat hissələri sifariş əsasında gətirilən yeniləri ilə əvəzlənir. Müasir tipli idarəetmə sisteminə qoşulacaq 6 saylı hidroaqreqatda işlər avqustun sonunda tamamlanacaq və sonra digər 3 hidroaqreqatda analoji işlər həyata keçiriləcək. İndiyədək isə “Reabilitasiya Proqramı” çərçivəsində Mingəçevir Su Elektrik Stansiyasında əlavə avtotransormator qurlaşdırılıb, 320 metr məsafədə 220 kilovoltluq yeraltı kabel xətti, Kür çayının üstü ilə keçməklə 300 metr məsafədə 110 kilovoltluq yüksək gərginlikli hava xətti çəkilib. Eyni zamanda avtotransormator yeni müasir tipli rele mühafizəsi və avtomatikası sistemi ilə təmin edilib.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev: “4 ildən artıq idi ki, Mingəçevir SES-də 220/110 kilovoltluq hissəsiyə əlavə avtotransformator qoşulmadığından birinci avtotransformator fasiləsiz işləyir, bununla qəza riski artır, eyni  zamanda onun üzərində əsaslı təmir və bərpa işləri aparmaq mümkün olmurdu”.

 “Reabilitasiya Proqramı” çərçivəsində Mingəçevir Su Elektrik Stansiyasında aparılan təmir-bərpa işləri 2020-ci ildə tamamlanacaq. Bununla stansiyanın dayanıqlığı və etibarlığı artırılmaqla itirilmiş güc bərpa olunacaq.

Aztv.az

 

 

CANLI YAYIM