“Telesəhər” 24 yaşında!

“Telesəhər” 24 yaşında!

14 Avqust, 11:45 Sosial mediada paylaşın:

Bu gün Azərbaycan Televiziyasının “Telesəhər” proqramı 24 yaşını qeyd edir.
1995-ci ildən efirdə olan «Telesəhər» (əvvəllər “Səhər” proqramı adlanıb) musiqi-informasiya proqramıdır.

Proqram səhər saat 07.00-dan 10:00-a kimi canlı yayımlanır. Müxtəlif illərdə bir-birindən maraqlı mövzuları əhatə edən fərqli rubrikaların yer aldığı «Telesəhər» proqramı hazırda "Paralel xəbər", "Qalstuk", "Əks-təsir", "SMG" (sosial media gündəmi), "Avto-info", "Telesportzal", "Vitamin", "Təlimat", "Təqvim" kimi rəngarəng rubrikalarla tamaşaçıların görüşünə gəlir.
«Telesəhər» proqramının yaradıcı heyəti öz fəaliyyəti ilə bütün tamaşaçı təbəqəsinin zövqünü nəzərə almağa çalışır.

Proqramın baş redaktoru Rəşad Mehdili “Aztv.az” saytına açıqlamasında bunları deyib: “Həftəiçi hər gün 3 saat efirdə oluruq. Çalışırıq ki, tamaşaçılarımızı pozitiv ruhda kökləyək. Düşünürəm ki, fərqli proqram təqdim edirik. Tamaşaçılarımıza bildirmək istəyirəm ki, yeni mövsümdə də bizi izləsinlər, onları təəccübləndirməkdə davam edəcəyik”.

CANLI YAYIM