Nəsiminin edamdan əvvəl son gecəsi - “Son gecə” FİLMİNDƏ - ANONS

23 Sentyabr, 13:41 Sosial mediada paylaşın:

Xəbər verdiyimiz kimi, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi yeni bədii televiziya filminin çəkilişlərini başa çatdırıb. Film Azərbaycanın dahi şairi İmadəddin Nəsimiyə həsr olunub.

“Nəsimi ili” çərçivəsində ərsəyə gələn filmdə Nəsiminin zindanda – edamdan əvvəl son gecəsindən bəhs edilir. Film Rəsul Rzanın eyni adlı poeması əsasında çəkilib. Filmdə maraqlı faktlardan biri üç fərqli Azərbaycan şairinin – Nəsimi, Mirzə Ələkbər Sabir və Rəsul Rza obrazlarının eyni səhnədə, eyni kadrda lentə alınmasıdır. Filmin quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu və Nazim Məmmədov, quruluşçu operator əməkdar mədəniyyət işçisi Eldar Məmmədovdur. Quruluşçu rəssam Rəfael Əlizadə, qrim rssamı isə Elbrus Vahidovdur. Nəsimi roluna əməkdar artist Elşən Rüstəmov çəkilib. Filmdə əməkdar arist Vidadi Əliyev, aktyor Vüsal Murtuzəliyev və başqaları da rol alıblar.

Ssenari müəllifləri isə Afaq Vasifqızı və Pərvindir.

Sentyabrın 27-si saat 23:00-da "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsalı olan "Son gecə" filminə baxmağı unutmayın!