"Lekima" qasırğası Çində 44 nəfərin həyatına son qoydu

12 Avqust, 11:09 Sosial mediada paylaşın:

Çinin şərqində "Lekima" qasırğasının qurbanlarının sayı 44 nəfərə çatıb.

Bu barədə Çinin daşqınlarla mübarizə üzrə Qərargahının məlumatında deyilir.

Məlumata əsasən, Çjetsyan əyalətində ölənlərin sayı 39 nəfərə çatıb, 9 nəfər isə itkin düşmüş sayılır. Ölkənin Şandun əyalətində qasırğa 5 nəfərin həyatına son qoyub, 7 nəfər isə itkin düşmüş sayılır.

Bildirilir ki, qasırğa Çjetsyan əyalətinə 24,2 milyard yuan (3,4 milyard dollar), Şandun əyalətinə isə 1,6 milyard yuan (təxminən 200 milyon dollar) birbaşa iqtisadi ziyan vurub.