Türkmənistanda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin görüşü olub

Türkmənistanda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin görüşü olub

12 Avqust, 10:47 Sosial mediada paylaşın:

Türkmənistanda, “Avaza” milli turizm zonasında birinci Xəzər İqtisadi Forumu çərçivəsində Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələr arasında nəqliyyat məsələləri və bu sahədə mümkün perspektivlər müzakirə olunub.

Görüşdə nəqliyyat potensialının səmərəli istifadəsi, həmçinin turizm sektorunda əlaqələrin genişləndirilməsi, investisiya fəaliyyətinin təşviqi kimi nəqliyyat və logistika sahəsində faydalı əməkdaşlığın inkişafı ilə bağlı məsələlərdən də danışılıb.

Sonda tərəflər arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.

CANLI YAYIM