AzTV-nin yeni sosial çarxı - “MƏN SƏNİ AZƏRBAYCAN QƏDƏR SEVİRƏM!”

AzTV-nin yeni sosial çarxı - “MƏN SƏNİ AZƏRBAYCAN QƏDƏR SEVİRƏM!”

7 Avqust, 14:00 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının Sosial Media Qrupu   şəhidlərin ruhuna  ehtiram əlaməti və gənclərin hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədi ilə yeni sosial çarx hazırlayıb. Lakonik və ibrətamiz səciyyəli bu yeni layihədə Azərbaycan  və yurd sevgisi konkret bir ailənin timsalında hamının ürəyindən keçən istəkləri əks etdirir.

Videoçarxın ideya müəllifi və rejissoru Nicat Qədimli, operatoru Murad Muradlı, işıqçı Anar Dadaşov, fotoqraf Rauf Mehin, assistentlər Bella Ağazadə və Pərvin Rüstəmov, montaj edəni isə Soltan İbrahimovdur. Layihədə Murad Məmmədov, Nigar Camal və Mələk Rüstəmova aktyor kimi iştirak ediblər.

Çarxı sosial şəbəkələrimizdə izləyə bilərsiniz.

CANLI YAYIM