Silahlı hücum nəticəsində 1 nəfər ölüb, 11 adam yaralanıb

Silahlı hücum nəticəsində 1 nəfər ölüb, 11 adam yaralanıb

15 May, 15:07 Sosial mediada paylaşın:

Meksikanın Playa-del-Karmen kurort şəhərində silahlı insident baş verib. İki silahlı şəxsin bara hücumu nəticəsində 1 nəfər ölüb, 11 adam yaralanıb. İnsident baş verən zaman gecə klubunda çox sayda adam olub. Hadisə yerinə polislə yanaşı hərbçilər də cəlb olunub. Bu ilin yanvarında da Playa-del-Karmen şəhərində oxşar hücum baş vermişdi. Silahlı şəxslərin barlardan birinə daxil olaraq atəş açması nəticəsində 7 nəfər həlak olmuşdu.

 

 

 

CANLI YAYIM