Dövlət dəstəyi fermerləri stimullaşdırır - REPORTAJ

10 Avqust, 13:18 Sosial mediada paylaşın:

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 37,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,2 faiz artıb. Statistikaya görə, son illər xüsusilə aqrar sektorda sürətli artım müşahidə olunur. İşlərin kökündə ölkədə aparılan dərin islahatlar dayanır. Məqsəd isə əhalinin rifah halının yüksəldilməsidir.

Regional proqramların tətbiqinin əsas məqsədi görülən işlərin sistemliliyini təşkil etmək, son nəticədə əhalinin sosial rifah halını daha da yüksəltmək durur. Bu gün demək olar ki, bütün regionlarında iri fermer təsərrüfatları, aqroparklar, müəssisələr fəaliyyət göstərir. Kənd təsərrüfatının ayrı-ayrı sahələri inkişaf edir, meliorativ tədbirlər həyata keçirilir, su təchizatı yaxşılaşdırılır, istixanalar, anbarlar yaradılır, istifadəyə verilmiş gübrə zavodu daxili bazarın bir qisminin ehtiyaclarını ödəyir.

Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə kənd təsərrüfatının inkişaf dinamikası ilə bağlı deyib: “Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”.

***

Nəzirli Rza (fermer):
- Bu il taxıl əkmişdim, uğurla başa vurdum güzəştli kredit almışdım. Və aqrolizinqdən texnika”.

Dövlətin dəstək mexanizmi hər bir fermerə öz əməli töhfəsini verir: ciddi məhsul artımı müşahidə olunur. Fermerlər deyirlər ki, dövlətin torpaq sahələrində əkin-biçin aparmaq üçün lazım olan texnikaların alınması istiqamətində tətbiq etdiyi güzəşt mexanizmləri onlara böyük kömək olub. Texnika demək olar ki, dəyərindən 60 faiz daha ucuz onlara satılır.

Ələddin Rüstəmov (fermer):
- Lizinqlə traktor almışam. İşləyirəm. Əvvəl 150 manat qazanırdım, indi 400-500 manat qazanıram.

Aqrar sahədə elmi yanaşma bu sahəyə hərtərəfli diqqətin yönəldilməsinə böyük köməklik göstərir. Yeni əkin mövsümündə isə  fermerlər daha aşağı qiymətə mineral gübrələrlə təmin olunacaq. “SOCAR Karbamid” zavodunda istehsal olunan karbamidin artıq ilk satışı da həyata keçirilib. Bu vaxtadək isə xarici istehsalçılardan alınaraq ölkəyə gətirilən eyni tipli məhsulla müqayisədə maya dəyərinin aşağı endirilməsinə şərait yaranıb.


Əhməd Seyidov (fermer):
- Dolanışığım çox yaxşı olub. Gördüm dövlətin güzəştləri ilə sərfəlidir. İndi həm südün satıram, həm də erkək balaları.

***

Sahibkarlığa marağın artmasında əsas rol oynayan faktorlardan başlıcası fermerlərin maliyyə əlçatanlılığın daha da sadələşdirilməsi, onlara güzəştli kreditlərin verilməsi və bu sahədə şəffaflığın tam təmin olunmasıdır. Ölkə başçısının tapşırığına uyğun olaraq regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində xüsusilə ciddi işlər aparılır. Nəzərdə tutulan 51 aqroparkdan 22-si artıq faktiki fəaliyyətdədir. İlin sonuna qədər daha 11 aqroparkın fəaliyyətə başlaması planlaşdırılır. Bu layihələrin icrası nəticəsində 4 mindən çox yeni iş yeri yaradılacaq. İnvestisiyaların təşviqi sahəsində görülən işlər nəticəsində isə artıq 16 mindən çox yeni iş yeri açılıb.

Aztv.az