Qəbələ rayonunun 10 kəndində subartezian quyuları qazılacaq

Qəbələ rayonunun 10 kəndində subartezian quyuları qazılacaq

30 İyul, 16:10 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev “Qəbələ rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Qəbələ rayonunun əhalisi 14 min 880 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 700 min manat ayrılıb.

Subartezian quyularının rayonun Abrıx, Bayramkoxalı, Daşca, Hacıalılı, Mollaşıxalı, Siləyli, Sırt Yengicə, Soltannuxa, Uludaş, Yenikənd kəndlərində qazılması nəzərdə tutulur.

CANLI YAYIM