Prezident Qəbələ, Qobustan və Şəkidə yeni ümumtəhsil məktəbi binalarının tikilməsi haqqında sərəncamlar imzalayıb

Prezident Qəbələ, Qobustan və Şəkidə yeni ümumtəhsil məktəbi binalarının tikilməsi haqqında sərəncamlar imzalayıb

30 İyul, 16:01 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Qəbələ rayonunun Zarağan, Qobustan rayonunun Təklə Mirzəbaba kəndlərində və Şəki şəhərində yeni ümumtəhsil məktəbi binalarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən Zarağanda 528 şagird yerlik, Təklə Mirzəbabada 132 şagird yerlik, Şəki şəhərində isə 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binalarının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq ümumilikdə 4,5 milyon manat ayrılıb.

CANLI YAYIM