Aeroportlarımızdan nə qədər sərnişin istifadə edib?

Aeroportlarımızdan nə qədər sərnişin istifadə edib?

9 Avqust, 17:44 Sosial mediada paylaşın:

Bu ilin 7 ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 3 milyon 90 nəfər olub.

Onların 2 milyon 600 mini Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin göstəricisindən 9% çoxdur.

Yanvar-iyul ayları ərzində 367 min sərnişin axını ilə Naxçıvan aeroportu sıxlıq üzrə ikinci, 85 min sərnişinlə xidmətlə Gəncə aeroportu isə üçüncü olub. Bu müddət  ərzində baza aviadaşıyıcıları - AZAL və “Buta Airways”lə müvafiq olaraq 1 milyon 100 min və 306 min sərnişin daşınıb.

Hazırda 33 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir.

 Aztv.az

CANLI YAYIM