“Yüksəliş” müsabiqəsi AzTV-nin “Hədəf”ində - TƏHLİL

“Yüksəliş” müsabiqəsi AzTV-nin “Hədəf”ində -TƏHLİL

29 İyul, 15:00 Sosial mediada paylaşın:

İdarəetmə bacarığı və intellektual səviyyəsi yüksək olan perspektivli şəxslərin müəyyənləşdirilməsi və onların inkişaf etdirilməsini nəzərdə tutan “Yüksəliş” müsabiqəsi ilə bağlı ən son vəziyyət bu gün AzTV-nin “Hədəf” verilişində müzakirə olunub.

Studiyanın qonaqları-Gənclər və İdman nazirinin müavini,  “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev və Milli Məclisin deputatı Şahin Seyidzadə müsabiqə və onun mərhələləri, gedişatı haqqında ətraflı məlumat veriblər. Müsahiblər bildiriblər ki, müsabiqədə yüksək intellektual zəka, qərar qəbul etmə və işin bölıüşdürülməsi bacarığı, risk və böhranın idarə edilməsi, strateji düşünmək, kommunikasiya , büdcənin idarə edilməsi bacarığı və sosial məsuliyyət əsas tələblər kimi götürülür. 21-51 yaşı və ali təhsili olan şəxslərin müsabiqədə iştirakı, qaliblərin mükafatlandırılması, 1 il ərzində görülən işlər və digər mühüm məsələlər barədə ətraflı müzakirə aparılıb.

Verilişi rəsmi “Youtube” kanalımızdan izləyə bilərsiniz.

 

CANLI YAYIM