Təhsildə islahatların dərinləşməsi dövlətin daimi prioritetidir: “Hədəf”də MÜZAKİRƏ

Təhsildə islahatların dərinləşməsi dövlətin daimi prioritetidir: “Hədəf”də MÜZAKİRƏ

27 İyul, 22:10 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişinin bu gün efirə gedən buraxılışında ölkəmizin təhsil sahəsinin inkişafı istiqamətində atılan addımlar, perspektivdə olan tədbirlər, görüləcək işlər müzakirəyə çıxarılıb.

Proqramın qonaqları, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təhsilin inkşaf strategiyası, qarşıda duran vəzifələrlə bağlı fikirlərini səsləndiriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin də dediyi kimi, hər bir ölkənin bu günü və gələcəyini təhsil müəyyənləşdirir. Təhsildə islahatların effektiv olduğunu vurğulayan mütəxəssislər hesab edirlər ki, bu islahatların dərinləşməsi dövlətin daimi prioritetidir. Qonaqlar peşə seçimi, müəllimlərin hazırlığı, gənclərin təhsil və tərbiyəsinin formalaşması kimi məsələlərdən söz açıblar.

“Hədəf” proqramını “YouTube” kanalımızdan izləyə bilərsiniz.

CANLI YAYIM