Los-Ancelesdəki erməni vandalizmi “Hədəf”də müzakirə olunub

Los-Ancelesdəki erməni vandalizmi “Hədəf”də müzakirə olunub

22 İyul, 22:02 Sosial mediada paylaşın:

Los-Ancelesdə yaşayan radikal erməni daşnakları Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun binası qarşısında aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Erməni radikal qüvvələrinin aksiyasına cavab olaraq Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri sayca onlardan dəfələrlə çox olan erməni təxribatçılarının qarşısına çıxıb və Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasətini ifşa edən şüarlar səsləndiriblər.

Radikal erməni daşnakları dinc azərbaycanlı nümayişçilərə qarşı zorakılıq və aqressiya nümayiş etdirib, hətta təhlükəsizliyi təmin etməyə cavabdeh olan Los-Anceles polisi belə onların bu vandalizminin qarşısını almağa müvəffəq olmayıb. Azərbaycanlı nümayişçilərə hücum edən erməni radikal nümayəndələri biri qadın olmaqla 7 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında erməni vandalizmi müzakirəyə çıxarılıb. Verilişin qonaqları, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Milli Məclisin üzvü Cavanşir Feyziyev ermənilərin Los-Ancelesdəki barbarlığı haqqında fikirlərini səsləndiriblər. Bildirilib ki, ermənilər dünyanın hər yerlərində mənfur addımlara əl atırlar, açıq-aşkar zorakılığa, terrora cəhdlər göstərirlər ki, bu tarix boyu belə olub. Qeyd olunub ki, radikal erməni lobbisi tərəfindən təşkil olunmuş bu hadisə pislənməli, cinayəti törədən ermənilər ABŞ hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə cəzalandırılmalıdırlar.

Verilişin tam versiyasına “YouTube” kanalımızdan baxa bilərsiniz.

CANLI YAYIM