“Koroğlu” operası tamaşaçılara təqdim olunacaq

“Koroğlu” operası tamaşaçılara təqdim olunacaq

8 Avqust, 10:29 Sosial mediada paylaşın:

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festival çərçivəsində sentyabr ayının 19-u saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operası tamaşaçılara təqdim olunacaq.

Baş rollarda əməkdar artistlər Ramil Qasımov, Afaq Abbasova, Cahangir Qurbanov iştirak edəcəklər. Tamaşanın drijoru əməkdar artist Əyyub Quliyevdir.

CANLI YAYIM