Azərbaycan BMT sənədində “davamlı inkişaf məqsədləri indeksi” üzrə regional liderdir

Azərbaycan BMT sənədində “davamlı inkişaf məqsədləri indeksi” üzrə regional liderdir

11 İyul, 16:30 Sosial mediada paylaşın:

Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı-2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb.

Bu indeksə görə Azərbaycan regional liderdir və dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi sahələrdə BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib və bu indeksin mümkün 100 balından 72,6-sını toplayıb.

CANLI YAYIM