“Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirilib

“Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirilib

7 Avqust, 15:11 Sosial mediada paylaşın:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirilib.

Komitə sədrinin birinci müavini Səyyad Salahlı, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Prezident Adminstrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov və digərləri Qurban bayramı ərəfəsində təşkil olunan konfransın əhəmiyyətindən danışıblar.

Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğu, dini mərasimlərin keçirilməsi üçün lazımı şəraitin yaradıldığı vurğulanıb.

Qeyd olunub ki, milli-mənəvi irsimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl tədbirlər görülür.

 

Aztv.az

CANLI YAYIM