Pandemiya ilə mübarizə tədbirləri AzTV-də müzakirə edilib

Pandemiya ilə mübarizə tədbirləri AzTV-də müzakirə edilib

7 İyul, 22:45 Sosial mediada paylaşın:

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir.

Virusa yoluxmanın qarşısının alınması məqsədilə ölkədə karantin tətbiq edilib, pandemiyadan ziyan görən sahələrə yetərincə maliyyə vəsaiti ayrılıb. Bununla yanaşı, karantin səbəbindən işini itirən insanlara maliyyə dəstəyi göstərilir. Koronavirus xəstələrinin müalicəsinin effektiv təmini üçün ölkədə modul tipli xəstəxanalar inşa olunub. Bir sözlə, hökumət üzərinə düşən hər şeyi edir ki, vətəndaşlarımızın sağlamlığı qorunsun. Vətəndaşlardan isə sadəcə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etmək, karantin qaydaları çərçivəsində hərəkət etmək tələb olunur.

Ölkənin pandemiyaya qarşı apardığı mübarizə tədbirlərinin səmərəliliyi haqqında Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində müzakirə aparılıb. Verilişin qonaqları olan deputatlar, Qənirə Paşayeva və Ramil Həsən virusla mübarizə tədbirləri, vətəndaşların davranışı kimi bir çox məsələlər haqqında fikirlərini bölüşüblər.

“Hədəf” verilişini “YouTube” kanalımızdan da izləyə bilərsiniz.

CANLI YAYIM