“Telesəhər”in növbəti buraxılışı Silahlı Qüvvələr Gününə həsr olunacaq

“Telesəhər”in növbəti buraxılışı Silahlı Qüvvələr Gününə həsr olunacaq

25 İyun, 15:04 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının (AzTV) “Telesəhər” proqramının 26 iyun buraxılışı Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunacaq.

Bayram buraxılışında regionun ən güclü ordusunun keçdiyi inkişaf yolu, müasir dövrdə Azərbaycanda milli ordu quruculuğunda əldə olunan nailiyyətlərdən bəhs olunacaq.

Proqramın qonaqları  ölkəmizdə müdafiə sənayesinin inkişafından söhbət acacaqlar. Azərbaycanda hərbi təyinatlı məhsulların istehsalı, silahlı qüvvələrin rabitə sisteminin müasirləşdirilməsi, bu sahədə son yeniliklər diqqətə çatdırılacaq.

Həmçinin, vətənin keşiyində duran hərbçilərimizin sağlamlığının müdafiəsi,  onların qidalanması,  geyim formaları ilə bağlı mövzular ətrafında söhbətlər aparılacaq.

Tamaşaçılar 3 saat ərzində, eləcə də, Silahlı Qüvvələr Günü ilə bağlı bir-birindən maraqlı süjetəri izləyə biləcəklər.

CANLI YAYIM