Dünya iqisadiyyatı və qlobal böhran “Hədəf” də müzakirə olunub

Dünya iqisadiyyatı və qlobal böhran “Hədəf” də müzakirə olunub

24 İyun, 16:49 Sosial mediada paylaşın:

Bu gün Azərbaycan Televiziyasının “Hədəf” verilişində Milli Məclisin deputatı Rüfət Quliyev və iqtisad elmləri doktoru, professor  Elşad Məmmədov koronavirusla mübarizə şəraitində iqtisadi fəallıq və böhran mövzusunu müzakirə ediblər.

E.Məmmədov bildirib ki, pandemiya dövründə qlobal iqtidisadiyyatın həcminin azalacağı gözlənilir. Böhranın nə vaxt başa çatacağı ilə bağlı isə konkret proqnoz yoxdur.

O, Prezident İlham Əliyevin videoformat şəklində keçirilən görüşlərdə bu mövzuda səsləndirdiyi fikirlərə əsaslanaraq investisiyaların cəlb edilməsi məsələsini xüsusi vurğulayıb.

Deputat Rüfət Quliyev isə Avropa ölkələri və böyük şirkətlərin timsalında dünya iqtisadiyyatının,  o cümlədən, Azərbaycan iqtisadiyyatının fəaliyyət üçün açılmalı olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycanın “maliyyə yastığı” imkan verir ki, böhranın təsirləri güclü olmasın.”Karantin rejimini yumşaldıb iqtisadiyyata nəfəs vermək olar. Ancaq bir şərtlə ki, insanlar qaydalara riayət etsinlər”-deyə o, əlavə edib.

CANLI YAYIM