Prezidentin Avropa Şurasının anti-Azərbaycan bəyanatları barədə çağırışı “Hədəf”də müzakirə olundu

Prezidentin Avropa Şurasının anti-Azərbaycan bəyanatları barədə çağırışı “Hədəf”də müzakirə olundu

5 İyun, 16:50 Sosial mediada paylaşın:

Bu gün Azərbaycan televiziyasının “Hədəf” verilişində Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev və siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev Prezident İlham Əliyevin Tərtərə səfəri zamanı beynəlxalq təşkilatlar barədə səsləndirdiyi fikirləri, xüsusilə də Avropa Şurasının anti-Azərbaycan bəyanatları barədə çağırışını müzakirə ediblər.

Qonaqlar Azərbaycanın dünyada getdikcə artan nüfuzundan, Dağlıq Qarabağda keçirilən qondarma seçki şousunun doğurduğu rezonansdan, ikili standartlar və Azərbaycanın haqlı mövqeyindən danışıblar. Müsahiblər həmçinin, Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə və vətəndaşların mənafeyinin etibarlı şəkildə qorunması, Qərb ölkələrindəki polis zorakılığı fonunda özlərini insan hüquqlarının müdafiəçiləri adlandıranların susqunluğu, Ermənistandakı kriminal hakimiyyətin faşizmi və terroru təbliğ edən addımları və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

CANLI YAYIM