Maskalarla bağlı cərimələr “Hədəf”imizdədir

Maskalarla bağlı cərimələr “Hədəf”imizdədir

3 İyun, 17:14 Sosial mediada paylaşın:

Bu gün Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında millət vəkili İlham Quliyev və hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə respublikamızda pandemiyaya qarşı aparılan mübarizədən və bu sahədəki ən son vəziyyətdən danışıblar.

Qonaqlar parlamentin İnzibati Xətalar Məcəlləsinə cərimələrlə bağlı etdiyi dəyişikliyin səbəbləri və karantin rejimində onların tətbiq olunduğu 8 yer haqqında müfəsssəl məlumat veriblər. Eyni zamanda, bəzi vətəndaşların məsuliyyətsizliyi, laqeydliyi, sosial şəbəkələrdə qeyri-ciddi məlumatların yayılması ilə bağlı fikirlərini bildiriblər.

Proqramın qonaqları bir daha vətəndaşlara müraciət edərək sosial məsafənin gözlənilməsini, qoruyucu vasitələrdən istifadə etməyin məcburi xarakter daşıdığını, bu xəstələyin gələcək fəsadları və genofondumuza təsiri məsələsini xüsusi vurğulayıblar. COVID-19 infeksiyasına qarşı ictimai nəzarətin və qınağın olması, həmçinin həkimlərin tövsiyələrinə əməl etməyin vacibliyi də verilişdə vurğulanıb.

CANLI YAYIM