Hitlerin doğulduğu bina polis məntəqəsinə çevriləcək

Hitlerin doğulduğu bina polis məntəqəsinə çevriləcək

3 İyun, 13:40 Sosial mediada paylaşın:

Avstriya hökuməti nasizm ideologiyasının banisi Adolf Hitlerin doğulduğu evin neytrallaşdırılmasına göstəriş verib.

Qərar çərçivəsində uzun illərdir müzakirə mövzusu olan bina polis məntəqəsinə çevriləcək. Neonanistlərin Braunau Am İnn şəhərində vaxtaşırı olaraq baş çəkdiyi binada faşizm ideologiyasının izlərinin silinməsi üçün onun fasadı və damı yenidən dizayn ediləcək. Prosesin 2023-cü ilədək yekunlaşması nəzərdə tutulub.

CANLI YAYIM