“Maskam var, çantamdadı, nəfəs almaq üçün çıxartdım” – Bakıdan REPORTAJ

“Maskam var, çantamdadı, nəfəs almaq üçün çıxartdım” – Bakıdan REPORTAJ

1 İyun, 21:32 Sosial mediada paylaşın:

Karantin rejiminin yumşaldılması fonunda son günlər ölkəmizdə koronavirus infeksiyasına yoluxanların sayı artır. Ona görə bütün məsuliyyət hər bir şəxsin öz üzərinə düşür. Bəs qaydalara riayət olunurmu?

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları paytaxt Bakıda bununla bağlı müşahidələr aparıb. Paytaxtda “maskam var, çantamdadı, nəfəs almaq üçün çıxartdım” deyib özünə bəraət qazananlar da var, televiziyamızın kamerasını görüb maska istifadə edənlər də...

Ölkədə koronavirusla mübarizə sahəsində zəruri tədbirlər həyata keçirilir. Lakin bəzi şəxslər hələ də məsuliyyəti dərk etmirlər. Belə olan halda isə virusa yoluxanların sayının artması qaçılmazdır.

Nəinki açıq havada, ictimai nəqliyyatda da qaydalara əməl etməyənlər var. Vətəndaşların sosial məsuliyyətdən kənar davranışları ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini də ciddi təhlükə altında qoyur.

Əməkdaşlarımızın reportajı ilə tanış olmaq üçün mətnin içərisindəki videonu izləyin!

CANLI YAYIM