Bölgələrdə dezinfeksiya tədbirləri davam etdirilir: Proses əsasən hərəkətin intensiv olduğu ərazilərdə aparılır

Bölgələrdə dezinfeksiya tədbirləri davam etdirilir: Proses əsasən hərəkətin intensiv olduğu ərazilərdə aparılır

1 İyun, 20:16 Sosial mediada paylaşın:

Xüsusi karantin rejiminin yumşaldılmasına baxmayaraq COVID-19 pandemiyasının geniş ərazidə yayılma riski hələ də qalmaqdadır. Buna görə də Azərbaycanın bölgələrində dezinfeksiya tədbirləri davam etdirilir.  

Zaqatala şəhərində də növbəti kütləvi dezinfeksiya tədbirləri həyata keçirilib. Küçə və prospektlər iri tutumlu su çiləyici maşınlarla xüsusi məhlularla dərmanlanıb. Həmçinin yeraltı keçidlər, əhalinin daha intensiv hərəkət etdiyi ərazilər, xüsusi ilə bankomatların ətrafı dezinfeksiya edilib. Çoxmənzilli yaşayış  binalarının həyətləri, park və istirahət güşələrində də sanitar-proflaktik tədbilər həyata keçirilib.

Eyni zamanda, Şirvan şəhərində küçə və prospektlər növbəti dəfə iri tutumlu su çiləyici avtomobillərlə dərmanlanıb. Proses əsasən hərəkətin daha intensiv olduğu ərazilərdə aparılır. Bundan əlavə, insanların daha sıx toplaşdığı yerlər, eləcə də binaların həyətləri dezinfeksiya olunur. Park və istirahət yerlərində isə proflaktik tədbilər demək olar hər gün davam etdirilir.

Nigar Davudova, Röya Qarabağlı

 

CANLI YAYIM