Dünya orqan ifaçıları milli himnimizi ifa ediblər

Dünya orqan ifaçıları milli himnimizi ifa ediblər

29 May, 15:27 Sosial mediada paylaşın:

Azərbaycan xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə orqan ifaçıları virtual şəbəkədə birləşib.

Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və sədri, həmyerlimiz Cəmilə Cavadova-Spitsberqin təşəbbüsü ilə Niderland, İtaliya, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Finlandiya, Fransa, İsveç, Amerika Birləşmiş Ştatlarından olan orqan ifaçıları ölkəmizin milli himnini ifa ediblər. Müəllifi Üzeyir Hacıbəyli olan milli himnimizin musiqisi orqan aləti üçün Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Tahirə Yaqubova tərəfindən işlənilib.

CANLI YAYIM