“28 May gününün Azərbaycan tarixində əhəmiyyəti və Azərbaycan-İtaliya strateji tərəfdaşlığı” - VİDEOKONFRANS

“28 May gününün Azərbaycan tarixində əhəmiyyəti və Azərbaycan-İtaliya strateji tərəfdaşlığı” - VİDEOKONFRANS

29 May, 14:00 Sosial mediada paylaşın:

“28 May gününün Azərbaycan tarixində əhəmiyyəti və Azərbaycan-İtaliya strateji tərəfdaşlığı” mövzusuna həsr edilən videokonfrans təşkil olunub.

102 il əvvəl qurulan demokratik respublikanın qısa müddətdə əldə etdiyi uğurlardan danışan ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə qeyd edib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Cümhuriyyətin zəngin ənənələrinə və tarixi varisliyə əsaslanaraq müasir Respublika qurub. İtaliyanın nüfuzlu "Luiss Guido Carli" Universitetinin vitse-prezidenti Paola Severino iki ölkə arasında humanitar, mədəniyyət və akademik sahələrdəki əməkdaşlıqdan bəhs edib. Videokonfrans iştirakçıları Heydər Əliyev Fondunun iki ölkə arsında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən, COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində Azərbaycan hökumətinin gördüyü işlərdən danışıblar.

Videokonfransda iştirak edən İtaliya xarici işlər və beynəlxalq əməkdaşliq nazirliyinin dövlət katibi Manlio di Stefano epidemiyanın ən ağır vaxtlarında Azərbaycanın gəstərdiyi yardıma görə  Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib. "Prezident İlham Əliyevin İtaliyaya son dövlət səfəri ikitərəfli münasibətlərdə tarixi mərhələnin başlanğıcı oldu. İqtisadi sahədə əlaqələr dinamik inkişaf edir. İtaliya uzun müddətdir Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan təkcə İtaliya üçün deyil, bütün Avropa İttifaqı üçün etibarlı tərəfdaş, vacib ölkədir" - deyə, Manlio di Stefano vurğulayıb.

CANLI YAYIM