28 May - Respublika günü münasibətilə “Riga 24” televiziya kanalında reportaj yayımlanıb

28 May - Respublika günü münasibətilə “Riga 24” televiziya kanalında reportaj yayımlanıb

29 May, 13:30 Sosial mediada paylaşın:

Latviyada sənədli diskussiya proqramları təqdim edən “Riga 24” televiziya kanalının “Xəbər Vaxtı”  proqramında 28 May-Respublika günü münasibətilə reportaj yayımlanıb.

Tarixi video və fotolar əsasında latış dilində təqdim edilən videomaterialda Azərbaycan Xalq Cümhuriyyətinin  yaranma tarixi, demokratik inkişaf yolu, tarixi şəxsiyyətləri, dövlət rəmzləri haqqında məlumat verilib. Reportajda Azərbaycanda müstəqil dövlət quruculuğu və dünya demokratiya tarixinə töhfələri barədə söz açılıb.

CANLI YAYIM