Ümummilli liderin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı sərgi təşkil edilib

Ümummilli liderin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı sərgi təşkil edilib

31 İyul, 16:15 Sosial mediada paylaşın:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzi Kitabxana Sisteminin 1 nömrəli filialında ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı sərgi təşkil edilib.

Baş İdarədən bildirilib ki, sərgidə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş kitablar nümayiş olunub.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Ulu Öndər respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirib. Dahi rəhbər ölkədə elmin və təhsilin yüksəlməsinə, yeni ali məktəblərin və ali məktəblərdə yeni ixtisasların açılmasına, Azərbaycan gəncinin mükəmməl bilik alaraq cəmiyyətin fəal üzvünə çevrilməsinə, Azərbaycanı gündən-günə inkişaf edən sənaye ölkəsinə və dünyaya tanıtmağa nail olub.

CANLI YAYIM