Sinoptiklər küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər

Sinoptiklər küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər

28 May, 15:37 Sosial mediada paylaşın:

Mayın 30-u gündüzdən ayın 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 15-20, arabir 23-25 metr/saniyə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, mayın 30-da külək yarımadanın bəzi yerlərində arabir saniyədə 28-33 metrədək güclənəcək.

Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyinin sürəti 15-20, arabir 23-25 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir saniyədə 28-33 metrədək güclənəcək.

CANLI YAYIM