“Ermənilər Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını təhrif edirlər” – “Hədəf”də müzakirə

“Ermənilər Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını təhrif edirlər” – “Hədəf”də müzakirə

27 May, 19:26 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində Avropa İnsan Hüquqları Məhkəməsinin 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarı müzakirə olunub.

Verilişin qonağı olan Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) salahiyyətli nümayəndəsi Çingiz Əsgərov Məhkəmənin qərarını ətraflı şərh edib. O, bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi öz presedent hüququna əsaslanan qərar qəbul edib ki, bu da gözlənilən idi. Ç.Əsgərov qərarın ermənilər tərəfindən düzgün şərh edilmədiyini, təhriflərə yol verdiyini diqqətə çatdırıb. Salahiyyətli nümayəndə vurğulayıb ki, məhkəmənin qərarında birmənalı olaraq Azərbaycan dövlətinin qərarın icrası üçün heç bir fərdi tədbirlər həyata keçirməli olmadığı göstərilib.
“Hədəf”ə canlı bağlantı ilə qoşulan Xarici İşlər Nazirliyinin Mətburt Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva da Avropa İnsan Hüquqları Məhkəməsinin sözügedən qərarı ilə bağlı fikirlərini səsləndirib, təmsil etdiyi qurumun mövqeyini çatdırıb.
“Hədəf”in tam versiyasına “YouTube” kanalımızdan baxa bilərsiniz.

CANLI YAYIM