Ukrayna Prezidenti koronavirusla mübarizədə yardıma görə İlham Əliyevə təşəkkür edib

Ukrayna Prezidenti koronavirusla mübarizədə yardıma görə İlham Əliyevə təşəkkür edib

27 May, 17:51 Sosial mediada paylaşın:

Ukrayna Prezidenti Vladimir Zelenski koronavirusla mübarizə ilə bağlı Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib, bunu bu ağır dövrdə dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.

Bu barədə V.Zelenski mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı deyib.

Prezident İlham Əliyev bu yardımın ölkələrimiz və xalqlarımız arasında münasibətlərin ruhunu əks etdirdiyini bildirib.

CANLI YAYIM