Azərbaycanın Rus İcmasının sədr müavini: “Paşinyan səhv etdi”

Azərbaycanın Rus İcmasının sədr müavini: “Paşinyan səhv etdi”

26 May, 17:15 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik-informasiya proqramının budəfəki buraxılışının qonaqları Milli Məclisin deputatı Ramin Həsən və Azərbaycanın Rus İcmasının sədr müavini, siyasi icmalçı Anastasiya Lavrina olub.

Verilişdə Ermənistanın baş naziri Nikol Paşinyanın iflasa uğramış siyasəti, Şuşa şəhərindəki “andiçmə” mərasimi müzakirə olunub.

“Paşinyan və onunla birlikdə hakimiyyətə gələn qrup şou dünyasını təmsil edir, onlar şoumendən başqa bir şey deyillər”, - deyən R.Həsən qeyd edib ki, sözügedən şəxslər öz hakimiyyətlərinə siyasi və rəsmi don geyindirmək üçün kriminal üsullardan istifadə edirlər.

A.Lavrina qeyd edib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qondarma seçkiləri dəstəkləməsi beynəlxalq ictimaiyyət tərəfindən müsbət reaksiya görmədi: “Əksinə, bir çox ölkə, ATƏT-in Minsk qrupunun həmsədrləri buna qarşı çıxış ediblər. Paşinyan səhv etdi. O, bir müddət əvvəl deyirdi ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki hadisələrə heç bir aidiyyəti yoxdur, indi isə özü Şuşaya səfər edir, qondarma seçkilərdən sonra “andiçmə” mərasimində iştirak edir”.

Verilişin tam versiyasına “YouTube” kanalımızdan izləyə bilərsiniz.

CANLI YAYIM