Rumıniya Prezidenti azərbaycanlı həmkarını təbrik edib

Rumıniya Prezidenti azərbaycanlı həmkarını təbrik edib

26 May, 13:33 Sosial mediada paylaşın:

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Rumıniya ilə Azərbaycan arasındakı dialoqun və əməkdaşlığın inkişafı strateji tərəfdaşlığın institusional çərçivəsində davam edəcəkdir. İkitərəfli iqtisadi əlaqələrin, o cümlədən regional əhəmiyyətə malik enerji və nəqliyyat layihələri vasitəsilə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlıq çərçivəsində aparılan dialoqun gücləndirilməsi və şaxələndirilməsi qarşılıqlı münasibətlərimizin mühüm istiqamətlərini təcəssüm etdirir.

Zati-aliləri cənab Prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edin".

CANLI YAYIM