Sənəd Qəbulu Komissiyaları 29 və 30 may tarixlərində də fəaliyyət göstərəcək

Sənəd Qəbulu Komissiyaları 29 və 30 may tarixlərində də fəaliyyət göstərəcək

25 May, 11:50 Sosial mediada paylaşın:

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.

67 minə yaxın abituriyent elektron ərizəsini təsdiqləyib. Onlardan 24 mindən çoxu 1-ci ixtisas qrupunu seçib. Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri və rayonlarda yerləşən inzibati binalarında yerləşən Sənəd Qəbulu Komissiyaları qeyri-iş günləri olan 29 və 30 may tarixlərində də fəaliyyət göstərəcək. Vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

Müsabiqədə iştirak üçün ərizələrin qəbulu iyunun 5-dək davam edəcək və bu müddətin uzadılması nəzərdə tutulmur.

CANLI YAYIM