“Azərbaycan Hava Yolları” QSC (AZAL) vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməkdə davam edir.
QSC-dən bildirilib ki, mayın 21-də Varşavadan Bakıya çarter reyslə 100 nəfər Azərbaycan vətəndaşı gətirilib. Müəyyən edilmiş qaydalara uyğun olaraq Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib. Daha əvvəl bu həftədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq AZAL aviaşirkəti Berlindən çarter reysi həyata keçirib.