Şuşadakı qondarma andiçmə mərasimi və Paşinyanın demokratiya anlayışına zərbə - “Hədəf”də müzakirə

Şuşadakı qondarma andiçmə mərasimi və Paşinyanın demokratiya anlayışına zərbə - “Hədəf”də müzakirə

21 May, 17:26 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının “Hədəf” analitik-informasiya proqramının budəfəki buraxılışının müzakirə mövzusu Şuşa şəhərində keçiriləcək qondarma andiçmə mərasimi olub.

Milli Məclisin deputatları Arzu Nağıyev və Rasim Musabəyov mövzu ilə bağlı çıxış ediblər.

Verilişdə qeyd edilib ki, “andiçmə”də təcavüzkar dövlət Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı özünü demokrat kimi təqdim edən birinin demokratiya anlayışına qara ləkə sürməsindən başqa bir şey deyil.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva verilişə canlı bağlantı zamanı rəsmi Bakının mövqeyini çatdırıb. “Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistanın təşkil etdiyi qeyri-qanuni “seçkilərin” və qondarma andiçmə şousunun təşkili Ermənistanın ilhaqçı siyasətinin növbəti bariz nümayişidir”, - deyə bildirilib.

Daha sonra Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri, deputat Tural Gəncəliyev “Skype”la verilişə bağlanıb. O, beynəlxalq ictimaiyyəti, xüsusən ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın bu təxribatçı hərəkətinə lazımi qiymət verməyə və onu pisləməyə çağırıb.

CANLI YAYIM